Azərbaycan Respublikasının Auditorlar Palatası 2026-cı ilin maliyyə göstəricilərini açıqlayıb.
Banker.az xəbər verir ki, təşkilatın cəmi əməliyyat gəlirləri 1 milyon 537,58 min manat olub və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 113,69 min manat artım deməkdir.
Üzvlük haqları 1 milyon 462,37 min manatla əsas gəlir mənbəyini təşkil edib, ixtisasartırma və imtahan haqları 47,81 min manat, qrant və ianələr isə 27,3 min manat olub.
Əməliyyat xərcləri 1 milyon 293,44 min manat təşkil edib və əsas xərclər işçilərə çəkilən xərclər (903,09 min manat), məlumat və reklam xərcləri (107,81 min manat) və konfrans xərcləri (32,6 min manat) olub.
Nəticədə, Palatanın 2026-cı il üzrə illik artımı 244,45 min manat təşkil edib ki, bu da 2025-ci ilin 159,61 min manat artımı ilə müqayisədə xeyli yüksəlişdir.
Hazırda Azərbaycanda 158 lisenziyalı müstəqil audit şirkəti fəaliyyət göstərir.







