DSK: Əhalinin orta aylıq gəlirləri 8.8%, qiymətlər isə 5.5% artıb

2026-cı ilin ilin ilk dörd ayında Azərbaycan əhalisinin nominal gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 8.8% artaraq 28 milyard 702.4 milyon manata çatıb.

Banker.az xəbər verir ki, əhalinin hər nəfərinə düşən orta aylıq gəlir 698.9 manat olub ki, bu da illik müqayisədə 8.5% çoxdur.

Bu dövrdə əhalinin sərəncamında qalan gəlirləri isə 25 milyard 112.5 milyon manat təşkil edib. Göstərici illik müqayisədə 9.2% artım nümayiş etdirib. Hər nəfərə düşən sərəncamda qalan orta aylıq gəlir 611.5 manat olub və əvvəlki ilin eyni dövrünə nisbətən 8.8% yüksəlib.

Eyni zamanda, 2026-cı ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.6% artıb. Qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.7%, qeyri-qida məhsulları üzrə 3.7%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 5.7% təşkil edib.

2025-ci ilin aprel ayı ilə müqayisədə illik inflyasiya 5.5% olub. Son bir ay ərzində isə qiymətlərdə 0.3% artım qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər