Azərbaycanda yığılan 375 avtomobil anbarlarda qalıb

Maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2026-сı ilin yanvar-aprel aylarında 168,4 milyon manatlıq məhsul istehsal edilib.

Banker.az DSK-ya istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,8 dəfə artmış, maşın və avadanlıqların istehsalı isə 74,5 faiz azalmışdır.

2026-сı ilin yanvar-aprel aylarında 1546 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 278 ədəd az minik avtomobili istehsal olunmuşdur. 01.05.2026-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 375 ədəd təşkil edir.

Son xəbərlər
Digər xəbərlər