Azərbaycan yavaş-yavaş Y.Zelandiya kərə yağını İran, Belarus və Ukrayna məhsulları ilə əvəzləyir

Azərbaycan bu il İran, Belarus və Ukrayna kimi ölkələrdən ucuz kərə yağı idxal etməyə başlaması ümumi həcmin artması fonunda idxal dəyərinin düşməsinə gətirib çıxarıb. Vaxtı ilə əsas bazar olan Yeni Zelandiya isə ilbəil azalır.

Banker.az xəbər verir ki, 2026-cı ilin ilk 3 ayında daha ucuz məhsul təklif edən ölkələrin payının artması ilə bağlı olub. Hesabat dövründə ölkəyə 5 672 ton kərə yağı idxal edilib ki, bu da 2025-ci ilin eyni dövründəki 5 668 ton ilə müqayisədə demək olar dəyişməyib. Buna baxmayaraq, idxalın ümumi dəyəri 39 978 min dollardan 35 889 min dollara düşərək 10,2% azalıb.

Ton başına orta idxal qiyməti isə 7 053 dollardan 6 328 dollara enib ki, bu da 10,3% azalma deməkdir.

Əsas təchizatçı İran İslam Respublikasından idxal 2 248 tondan 2 733 tona yüksələrək 21,6% artıb. Bu ölkədən idxal olunan məhsulun orta qiyməti ton üçün 6 174 dollardan 5 385 dollara düşüb ki, bu da 12,8% azalma deməkdir. Belarusdan idxal 386 tondan 983 tona çataraq 2,5 dəfə artıb, orta qiymət isə 7 849 dollardan 5 636 dollara enərək 28,2% azalıb.

Yeni Zelandiyadan idxal 1 497 tondan 421 tona düşərək 71,9% azalıb. Bu ölkədən gətirilən məhsulun orta qiyməti isə ton üçün 7 330 dollardan 8 502 dollara yüksələrək 16% artıb. Ukraynadan idxal 279 tondan 459 tona yüksələrək 64,3% artıb, orta qiymət isə 8 504 dollardan 6 604 dollara enib.

Türkiyədən idxal 65 tondan 13 tona düşərək 80,1% azalıb, ton başına qiymət isə 7 712 dollardan 10 895 dollara yüksəlib. Finlandiyadan idxalın orta qiyməti 8 719 dollardan 9 282 dollara, Almaniyadan isə 9 102 dollardan 6 882 dollara dəyişib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, idxal olunan kərə yağı son bir ildə 5.4 faiz artaraq apreldə 1 kq 24.88 manat olub. Keçən ilin eyni dövründə 23.59 manat-kq idi.

Son xəbərlər
Digər xəbərlər