Azərbaycanda 2026-cı ilin ilk dörd ayında 8 milyon 783,8 min tonluq əmtəəlik xam neft hasil edib.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Hasilat əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3.4 faiz azdır. 2022-ci ilin ilk 4 ayında 11 milyon 88,5 ton, müvafiq periodda 2023-cü ildə 10 milyon 202,5 min, 2024-cü ildə 9 milyon 619 min ton 2025-ci ilin ilk dörd ayında 9 milyon 95,5 min ton olmuşdu.
Bu müddət ərzində Azərbaycan xam neftin 7 milyon 923 min tonunu xaricə yönəldərək 4 milyard 365 milyon ABŞ dolları valyuta əldə edib. Xam neftin idxal dəyəri hasilatın azalması ilə illik 4.3% azalıb.
Bununla belə, təbii qaz hasilatında pozitiv göstəricilər qalmaqdadır. Məsələn, ilk dörd ay ərzində 16.6 mlrd. kub-m təbii qaz hasil edilməklə hasilat illik müqayisədə 0.3% yüksəlib. Bunun 2 milyard 535.8 milyon dollar həcmində valyuta əldə edilib.
Xam neft və təbii qaz hasilatının dəyəri 4.9 faiz azalaraq 11 milyard 83,6 milyon manat təşkil edib.






