Son illər Bakıda 100-dən çox yeni park yaradılıb.
Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.
Bundan başqa, onun sözlərinə görə, 300-ə qədər parkda əsaslı təmir və yenidənqurma işləri aparılıb: “Bu gün şəhərimizə gələn qonaqlar bunu xüsusilə qiymətləndirirlər, Bakının təmizliyini, parklar şəhəri olduğunu vurğulayırlar. Prezident İlham Əliyevin təşəbbüsü ilə bulvar genişləndirilib və bu proses davam edir”, – deyə o qeyd edib.






