Azərbaycanda bu şəxslər 5.5 min manatdan yuxarı maaş alır -SİYAHI

2026-cı ilin yanvar-mart aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin müvafiq dövrünə nisbətən 6.2 faiz artaraq 1151.5 manat təşkil edib.

Banker.az xəbər verir  ki, əməkhaqqı neft-qaz sektorunda 4791.9 manat, qeyri neft-qaz sektorunda 1085.8 manat təşkil etmişdir.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1126.1 manat, özəl müəssisələrdə isə 1176.5 manat olmuşdur.

Mədənçıxarma sənayesində (4 581 manat) , maliyyə və sığorta fəaliyyəti (2 814,1 manat), informasiya və rabitə (2 197,8 manat), peşə, elmi və texniki fəaliyyət (1 887,1 manat), nəqliyyat və anbar təsərrüfatı (1 559,7 manat) , eləcə də dövlət idarəetməsi və müdafiə; sosial təminat (1 556,7 manat) sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olmuşdur.

Onu da qeyd edək ki, mədənçıxarma sənayesində dövlət sektoru üzrə maaşlar 2 611,5 manat, özəl sektor üzrə isə 5 529,1 manat təşkil edir.

mm 1

Oxşar xəbərlər

Azərbaycanda avtobus və taksi ilə gedənlərin sayı metronu üstələdi

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda nəqliyyat sektorunda sərnişin daşınmasında artım qeydə alınıb. Banker.az DSK-ya istinadən xəbər verir ki, metro, avtobus və taksi xidmətlərindən istifadə edənlərin...

VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı

®VTB (Azərbaycan) bütün müddətlər üzrə manatla olan əmanətlərin faizlərini artırıb. Maksimal gəlirlik “Sərfəli” depoziti üzrə 11,75% müəyyən edilib. Bundan əlavə, bank “Avans” əmanət üzrə gəlirliliyi...

Mikayıl Cabbarov: Kölgə iqtisadiyyatının leqallaşdırılması sosial mənzil üçün əlavə maliyyə mənbəyi yaradıb

Azərbaycanda qeyri-rəsmi məşğulluğun leqallaşdırılması sosial müdafiə sisteminin genişlənməsinə və mənzil problemlərinin həlli üçün əlavə maliyyə mənbəyinin formalaşmasına imkan verib. Banker.az xəbər verir ki, bunu Azərbaycanın...

Trampın reytinqi 35%-ə düşüb

"Reuters" və "Ipsos" sorğusuna görə, ABŞ prezidenti Donald Trampın amerikalılar arasında etimad reytinqi 35%-ə düşərək yeni minimum səviyyəyə çatıb. Sorğuya görə, respondentlərin 35%-i Trampın prezident...

AFB Bank mobil tətbiqində yenilik: Mono Digital kart artıq tam ödənişsiz və onlayn sifarişlə!

®AFB Bank müştərilərinin gündəlik maliyyə əməliyyatlarını daha rahat və əlçatan etmək məqsədilə mobil tətbiqində yeni funksionallıq təqdim edir. Artıq istifadəçilər Mono Digital kartını –...