DSK: 2026-cı ilin birinci rübü ərzində ölkədə 23,5 min yeni iş yerləri açılıb

2026-cı ilin birinci rübü ərzində ölkədə 23,5 min yeni iş yerləri açılmışdır.

Banker.az xəbər verir ki, bu dövrdə yaradılmış iş yerlərinin 92,2 faizi qeyri-dövlət sektorunda açılmışdır.

Yeni açılmış iş yerlərinin 75,8 faizi Bakı şəhərinin, 1,1 faizi Naxçıvan iqtisadi rayonunun, 23,1 faizi digər regionların, o cümlədən 7,6 faizi Abşeron-Xızı, 2,7 faizi Gəncə-Daşkəsən, 2,1 faizi Quba-Xaçmaz, 1,8 faizi ŞəkiZaqatala, 1,7 faizi Qarabağ, 1,4 faizi Qazax-Tovuz, 1,2 faizi Mərkəzi Aran, 1,1 faizi Şərqi Zəngəzur, 1,1 faizi Şirvan-Salyan, 1,0 faizi Mil-Muğan, 0,8 faizi Lənkəran-Astara və 0,6 faizi Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşmüşdür.

Yeni açılmış iş yerlərinin 18,8 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 80,8 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda yaradılmışdır.

Oxşar xəbərlər

Azərbaycanda avtobus və taksi ilə gedənlərin sayı metronu üstələdi

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda nəqliyyat sektorunda sərnişin daşınmasında artım qeydə alınıb. Banker.az DSK-ya istinadən xəbər verir ki, metro, avtobus və taksi xidmətlərindən istifadə edənlərin...

VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı

®VTB (Azərbaycan) bütün müddətlər üzrə manatla olan əmanətlərin faizlərini artırıb. Maksimal gəlirlik “Sərfəli” depoziti üzrə 11,75% müəyyən edilib. Bundan əlavə, bank “Avans” əmanət üzrə gəlirliliyi...

Mikayıl Cabbarov: Kölgə iqtisadiyyatının leqallaşdırılması sosial mənzil üçün əlavə maliyyə mənbəyi yaradıb

Azərbaycanda qeyri-rəsmi məşğulluğun leqallaşdırılması sosial müdafiə sisteminin genişlənməsinə və mənzil problemlərinin həlli üçün əlavə maliyyə mənbəyinin formalaşmasına imkan verib. Banker.az xəbər verir ki, bunu Azərbaycanın...

Trampın reytinqi 35%-ə düşüb

"Reuters" və "Ipsos" sorğusuna görə, ABŞ prezidenti Donald Trampın amerikalılar arasında etimad reytinqi 35%-ə düşərək yeni minimum səviyyəyə çatıb. Sorğuya görə, respondentlərin 35%-i Trampın prezident...

AFB Bank mobil tətbiqində yenilik: Mono Digital kart artıq tam ödənişsiz və onlayn sifarişlə!

®AFB Bank müştərilərinin gündəlik maliyyə əməliyyatlarını daha rahat və əlçatan etmək məqsədilə mobil tətbiqində yeni funksionallıq təqdim edir. Artıq istifadəçilər Mono Digital kartını –...