2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 138.7 saat təşkil edib.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2.9 saat və ya 2.1% artıb. Belə ki, ötən ilin ilk üç ayında bu göstərici 135.8 saat olmuşdu.
İqtisadi fəaliyyət növləri üzrə ən yüksək orta aylıq işlənmiş iş saatı 2026-cı ilin yanvar-mart aylarında ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində qeydə alınıb. Bu sahədə bir işçiyə düşən orta aylıq iş saatı 148.7 saat olub ki, bu da illik müqayisədə 5.4 saat çoxdur.
TAM SIYAHI:
| İqtisadi fəaliyyət növləri | 2026, ilk rüb | 2025, ilk rüb | İllik dəyişmə |
| Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq | 142.0 | 137.8 | +4.2 |
| Mədənçıxarma sənayesi | 136.2 | 134.2 | +2.0 |
| Emal sənayesi | 138.8 | 135.0 | +3.8 |
| Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı | 140.0 | 137.5 | +2.5 |
| Su təchizatı, tullantıların təmizlənməsi və emalı | 143.3 | 140.8 | +2.5 |
| Tikinti | 146.0 | 141.5 | +4.5 |
| Ticarət; nəqliyyat vasitələrinin təmiri | 148.7 | 143.3 | +5.4 |
| Nəqliyyat və anbar təsərrüfatı | 135.4 | 133.3 | +2.1 |
| Turistlərin yerləşdirilməsi və ictimai iaşə | 147.2 | 141.8 | +5.4 |
| Orta aylıq işlənmiş iş saatı | 138.7 | 135.8 | +2.9 |







