2026-cı ilin ilk 4 ayında Azərbaycanda mis istehsalı kəskin artarkən, gümüş və qızıl hasilatı düşüb.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Mis konsentratının istehsalı 9 013 ton təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 13,4 dəfə artıb.
Gümüş istehsalı 1 305 kq olub və illik müqayisədə 4.9% azalıb.
Qızıl istehsalı isə 826 kq təşkil edərək əvvəlki ilin eyni dövrünə nisbətən 80,5% artıb. 1 may 2026-cı il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında mis konsentratı üzrə hazır məhsul ehtiyatı 5 351,2 ton, gümüş üzrə 491,3 kq, qızıl üzrə isə 84,1 kq olub.
“Anglo Asian Mining plc” Azərbaycanda 2026-cı ildə mis hasilatının təxminən 3 dəfə artacağını proqnozlaşdırır. Şirkətin açıqlamasına görə, 2026-cı ildə bu göstəricinin 20 000–25 000 tona çatacağı gözlənilir. Artım əsasən Gilar və Dəmirli mədənlərinin istehsala tam qoşulması hesabına olacaq.






