AZAL təyyarəsinin vurulması ilə bağlı Rusiya tərəfindən kompensasiyanın köçürülməsi yaxın zamanda planlaşdırılır

Artıq Azərbaycan və Rusiya hökumətləri arasında aparılan danışıqlar nəticəsində qəzada həyatını itirmiş Azərbaycan vətəndaşlarının vərəsələrinə Rusiya tərəfindən kompensasiya ödənilməsi ilə bağlı razılıq əldə olunub.

Bunu “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) İdarə Heyətinin sədri Samir Rzayev deyib.

Samir Rzayev əlavə edib ki, əldə olunan razılaşmaya əsasən, qəza nəticəsində AZAL-a dəymiş zərər də Rusiya hökuməti tərəfindən kompensasiya ediləcək:

“Ümumilikdə ayrılan vəsaitin Rusiya tərəfindən Azərbaycan tərəfinə köçürülməsi yaxın zamanda planlaşdırılır. Daha sonra isə bizim üzərimizə qalan bu vəsaiti vəfat etmiş şəxslərin vərəsələrinə ödənilməsidir”.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər