“İnvestAZ İnvestisiya Şirkəti” ötən il xalis mənfəətindən səhmdarlara 1.35 mln. dividend ayırıb

“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC 2025-ci ilin mənfəətindən səhmdarlarına 1.35 mln. manat dividend ayırıb. Bu, 2024-cü illə müqayisədə 105.5% çoxdur. Şirkət əvvəlki ildə 656.2 min manat dividend elan etmişdi.

Banker.az xəbər verir ki, İnvestisiya Şirkətin bölüşdürülməmiş mənfəəti 2025-ci ilin sonuna 5.62 mln. manata çatıb. Bu göstərici illik müqayisədə 4.6% artım deməkdir. Şirkətin balansında 2024-cü ilin sonunda 5.38 mln. manat bölüşdürülməmiş mənfəət qalmışdı.

“İNVEST-AZ İnvestisiya Şirkəti” 2024-cü ildə 2.29 mln. manat, 2025-ci ildə isə 1.60 mln. manat xalis mənfəət əldə edib.

Cəmi kapital isə 2025-ci ilin sonunda 8.62 mln. manata yüksəlib ki, bu da illik müqayisədə 3% artım deməkdir.

Xatırladaq ki, “İnvest-AZ” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 3 milyon manatdır. İnvestisiya şirkətinin səhmdarları Elşən Quliyev və Ceyhun Abdullayevdir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər