24 C
Baku
Tuesday, October 1, 2024

Avropa Birliyindən sərt tədbir xəbərdarlığı

Bu Qərb dövlətləri sanksiyalarla hədələndi.

Avrozonaya daxil olan ölkələrin maliyyə nazirləri İspaniya və Portuqaliyaya sanksiyaların tətbiq olunması barədə razılığa gəliblər. BBC-inn verdiyi məlumata görə, Avrozona ölkələrinin belə bir addım atmasına səbəb Madrid və Lissabonun öz büdcələrində defisiti aradan qaldıra bilməmələri olub. Nazirlərin bəyanatında hər iki ölkənin bunun üçün effektiv addımlar atmadığı bildirilib.

İspaniya və Portuqaliyanın bu qərara qarşı öz arqumentlərini səsləndirmək və qərardan şikayət etmək üçün 10 gün vaxtı var. Bu olmayacağı təqdirdə Avropa Komissiyası 20 gün ərzində İspaniya və Portuqaliyaya sanksiyalar tətbiq edəcək. Sanksiyalar əsasən hər iki ölkəyə öz ümumi daxili məhsullarının 0,2% dəyəri səviyyəsində cərimələrin tətbiq edilməsi formasında olacaq. Bu isə bir neçə milyard dollar edir.

2015-ci ildə Avropa Birliyi İspaniya büdcəsindəki defisitin 4,2%-ə endirilməsini tələb etsə də, rəsmi Madrid bunu bacarmayıb. Defisit 5,1% olub. Portuqaliyada isə defisit tələb olunan 2,5% əvəzinə 4,4% olub.

 

Avrozonaya daxil ölkələr
Avrozonaya daxil ölkələr

Avrozona Avropa İttifaqının rəsmi valyutası olan avronun 19 dövləti birləşdirdiyi valyuta birliyidir. Bu dövlətlər avro və avro sentləri buraxmaq hüququna malikdirlər. Avrozona dövlətlərinin pul-kredit siyasətinə Avropa Mərkəzi Bankı cavabdehdir.

ANS PRESS

Son xəbərlər
Digər xəbərlər