İnkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrin iqlim layihələrinə $270 mlrd. investisiya qoyub

İnkişaf etmiş ölkələr son iki ildə inkişaf etməkdə olan iqtisadiyyatlara malik ölkələrə iqlim dəyişikliyi ilə mübarizə məqsədilə təxminən 270 milyard dollar maliyyə dəstəyi göstərib.

2023-cü ildə iqlim maliyyələşdirilməsinin həcmi 132,8 milyard dollar, 2024-cü ildə isə 136,7 milyard dollar təşkil edib.

İqlim layihələrinə yönəldilən vəsait üzrə 100 milyard dollarlıq hədəf ilk dəfə 2022-ci ildə aşılmışdı. Həmin il maliyyələşdirmə 115,9 milyard dollara çatmışdı.

OECD-nin baş katibi Matias Korman bildirib ki, 100 milyard dollarlıq hədəf 2024-cü ildə ardıcıl üçüncü il üstələnib.

“100 milyard dollarlıq hədəf 2024-cü ildə ardıcıl üçüncü dəfə aşılmışdır ki, bu da inkişaf etməkdə olan iqtisadiyyatların iqlim dəyişikliyinin təsirlərinin azaldılması və onlara uyğunlaşma istiqamətində dəstəklənməsinə aydın sadiqliyi göstərir”, – deyə Korman qeyd edib.

Onun sözlərinə görə, bu dəstək inkişaf etməkdə olan ölkələrin iqlim hədəflərinə nail olması baxımından mühüm əhəmiyyət daşıyır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər