“MCB BOKT”un xalis mənfəəti 7%-dən çox azalıb

“MCB Bank Olmayan Kredit Təşkilatı” QSC-nin xalis mənfəəti əvvəlki ilin 1 milyon 667 min manatlıq nəticəsi ilə müqayisədə 7.3% geriləyərək 1 milyon 545 min manata düşüb.

Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il BOKT-un faiz gəlirləri 29% artaraq 6 milyon 667 min manata, inzibati və ümumi xərcləri 68.2% yüksəlmə qeyd edərək 680 543 manata çatıb.

Hesabat dövründə “MCB Bank Olmayan Kredit Təşkilatı”nın cəmi aktivləri 45 milyon 264 min manata bərabər olub ki, bu da illik müqayisədə 33% artımdır. Bunun 14 milyon 533 min manatı müştərilərə verilmiş kreditlərdir.

Xatırladaq ki, “MCB”nin nizamnamə kapitalı 4.284 milyon manatdır. Şirkətin səhmlərinin böyük hissəsi (99.94%) Pakistanın “MCB Bank”ına, qalan 0.06%-lik payı isə İdarə Heyətinin sədri Rəmal Cəfərova məxsusdur.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər