Avropa Komissiyası: İrandakı müharibə səbəbindən Aİ 1,3 milyon iş yerini itirə bilər

İranla müharibə fonunda enerji daşıyıcılarının bahalaşması nəticəsində Avropa İttifaqında 1,3 milyon iş yerinin ixtisara düşməsi riski yaranıb. Bu barədə mətbuat konfransında çıxış edən Roksana Minzatu bildirib. Onun sözlərini “Reuters” sitat gətirib.

Minzatunun sözlərinə görə, ən böyük zərbə enerji tutumlu sahələrə dəyə bilər. Risk altında avtomobil sənayesi, kimya sənayesi, metallurgiya, tikinti və nəqliyyat sektoru var.

Avropa Komissiyasının hesablamalarına əsasən, ən çox iş yeri itkisi avtomobil sənayesində qeydə alına bilər. Bu sahədə 600 minədək iş yerinin ləğv olunacağı proqnozlaşdırılır.

Tikinti, metallurgiya, nəqliyyat və kimya sənayesində isə ümumilikdə 56 min iş yerinin itirilə biləcəyi bildirilir.

Bundan əlavə, günəş enerjisi və akkumulyator istehsalı sektorlarında da vəziyyət narahatlıq doğurur. Bu sahələrdə təxminən 145 min iş yeri risk altında hesab olunur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər