“Pulların qoxusu olmur” ifadəsi yəqin ki, bir çoxlarınıza tanışdır. Bu ifadə yüz illiklərdən keçərək bu günümüzə qədər gəlsə də, çox az insan bu ifadənin yaranma tarixçəsini bilir. Roma imperatoru Vespasian ictimai ayaqyollarına vergi təyine dir və oğlunun iradlarına və narazılıqlara məğrur şəkildə belə cavab verirdi: “Pecunia non olet”, yəni “Pulların qoxusu olmur”.
Maraqlıdır ki, romalılar bu ayaqyollarını yalnızca təbii ehtiyaclarını qarşılamaq məqsədilə ziyarət etmirdilər. Onlar buraya böyük gil küpələrlə gəlir, sidiklərini onlara yığaraq aparırdılar. Onlar bunu paltar və dişlərini yumaq, dərini aşılamaq üçün istifadə edirdilər.
Qədim dövrdə sidikdən ağız nahiyəsinin gigiyenası üçün istifadə edilməsi kifayət qədər normal hal hesab edilirdi. Mineral, fosfor və kalsium ilə zəngin olan bu maye kariyesi məhv edirdi. Ən təəccüblüsü isə odur ki, sidikdən bu növ gigiyena vasitəsi kimi istifadə edilməsi faktı 1700-cü ilə qədər aktual idi! Bundan əlavə, hava və sidiyinin qarşılıqlı təsiri zamanı ammonyak yaranır ki, hazırda ammnyakdan məişətdə istifadə etdiyimiz bir sıra məhsulların yaradılmasında fəal şəkildə istifadə olunur. Qədim romalılar isə bu maddədən dəri məhsullarının ağardılması və aşılanması üçün istifadə edirdilər.
İfrazatın bu şəkildə toplanması yoxsullar ilə yanaşı, varlılar arasında da yayılmışdı. Sidik alıcısı daha sonradan ondan təmizləyici maddə hazırlaya bilməsi üçün xüsusi vergi ödəməli idi. İlk dəfə olaraq belə vergini 1-ci əsrdə imperator Neron təyin etmiş və bu ənənəni Vespasian davam etdirmək qərarına gəlmişdi. Onun hökmranlığı dövründə, e.ə. 74-cü ildə ictimai ayaqyolları, bunun ardınca isə məcburi ödənişlər peyda olur.
Vespasian qəddar hökmdar kimi məşhur idi və onun oğlu Tit belə bir verginin təyin edilməsinə narazı idi. Ədalət naminə qeyd etmək lazımdır ki, bu vergi tam olaraq faydasız deyildi. Tezliklə Roma xəzinəsi gümüş ilə zənginləşməyə başlayır, hətta bu vergidən əldə edilən gəlirin bir hissəsi Kolizeyin inşası zamanı istifadə edilir.
Maraqlıdır ki, fransızdilli ölkələrin bəzilərində bir çox ödənişli ictimai ayaqyolular “vespaciens” adlanır. Bu gün çox az insanı ödənişli ayaqyolu ilə təəccübləndirə bilərsən, lakin Qədim Roma xəzinəsi üçün bu gəlir əsl xilas yolu idi.