“Qala Həyat”ın rəhbərliyində təyinat olub

“Qala Həyat” Sığorta Şirkəti ASC-nin korporativ idarəetmə strukturunda dəyişiklik olub.

Banker.az xəbər verir ki, şirkətin Direktorlar Şurasının Nəsirli Anar Cavanşir oğlu yeni müstəqil üzv kimi daxil edilib. Bununla da Direktorlar Şurasının üzvlərinin sayı 4 nəfərdən 5 nəfərə yüksəlib.

Eyni zamanda, Anar Nəsirli Audit Komitəsinin də tərkibinə müstəqil üzv qismində daxil edilib. Nəticədə komitənin üzvlərinin sayı 2 nəfərdən 3 nəfərə çatıb.

Qeyd edək ki, “Qala Həyat” ASC həyat sığortası bazarında fəaliyyət göstərən şirkətlərdən biridir və onun Direktorlar Şurasına Kamal İbrahimov sədrlik edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər