10 C
Baku
Wednesday, December 11, 2024

Bodo Şefer: Maliyyə stabilliyinin 35 prinsipi

1.    Hər şeydən öncə pulun sizin üçün nə demək olduğuna dair qərar verin.

2.   Öz arzularınızın siyahısını tutun ( nəyə görə varlanmaq istədiyinizin 10 səbəbini tapın). Onlardan üç ən vacibini seçin.

3.    Təhtəlşüurun dəstəyindən yararlanın: Arzular üçün mücrü və Arzular üçün albom.

4.    Yüksək gəlir hazırkı halda, bizin pulla bağlı bütün problemlərimizi həll eləmir.

5.    Heç nə sizin diqqətinizi öz ideya və planlarınızdan yayındırmalı deyil. Özünüzü zəngin insan kimi təsəvvür etməyi öyrənin.

6.    Heç də hər şey və heç də həmişə asan olmur. Elə insanlar tapılacaq ki,  sizi qarşıya doyduğunuz məqsəddən yayındırmağa, fikrinizi dəyişməyə, sizi yola gətirməyə çalışacaq. Bu hətta sizin dostlarınız və ailə üzvləriniz də ola bilər. Elə vasitələrdən istifadə edin ki, sizi yolunuzdan dönməyə qoymasın.

7.    Uğur jurnalı qazancın artmasına dəstək olur və insanda özünəinam hissi oyadır, bu isə müvəffəqiyyət  qazanmaq üçün olduqca vacibdir.

8.    Sevdiyiniz məşğuliyyəti öz peşənizə çevirin və bunun sayəsində sizin gəliriniz daha da artacaq.

9.    Məsələləri zəruri və təcili olaraq, iki qrupa bölmək olar. Onları fərqləndirməyi öyrənin.  Fikrinizi yaxşı ideyalardan yayındırmağa imkan verməyin.

10.    Istənilən bir planın həyata keçirilməsində ən vacib qaydalardan biri olan -72 saat qaydasını həyat keçirin.

bodo 200 200

11.    Siz oynayaraq da çoxlu pul əldə edə bilərsiniz.

12.    Borclardan qurtulmağın dörd əsas üsulu: kredit kartlarını yox etmək; kreditlərə görə ən aşağı faiz dərəcələri haqqında razılığa gəlmək; bütün sərbəst maliyyə vəsaitinin 50%-ni ayıraraq saxlamaq, 50%-ni isə istehlak borclarının qaytarılmasına yönəltmək; pulqabıya üstündə balaca bir qeyd edilmiş kağız parçası qoymaq: bu sənə doğrudan da lazımdır

13.    Pullarınız ilə düzgün sərəncam verməyi öyrənin. Qızıl yumurtalar verən qaz haqqında əhvalatı unutmayın.

14.    Bank ilə qarşılıqlı fəaliyyət və təmas sevinc gətirə bilər.

15.    Pul qazanaraq siz öz həyatınızı daha maraqlı edəcəksiniz.

16.    Pul çox bir şeydir! Nağd vəsaitləri seyfdə saxlayın.

17.    Pullar özü-özlüyündə çox neytraldır, amma onlar xoşbəxtlik ilə çox sıx bağlıdır.

18.     Əldə etdikləriniz ilə paylaşın!

19.     Çalışın ki, qorxularınızı üstələməyi öyrənəsiniz. Uğur jurnalı bu məsələdə sizə kömək edəcək.

20.    Pulların çoxaldılmasının əsas üsullarından biri –investisiya klubudur.  Onun fəaliyyətinin uğurlu olmasını təmin edən beş qayda:

•    Ayda bir dəfə iclas keçirmək;
•    Iclasda iştirak məcburi olsun;
•    Hər  kəs nağd yatırım edir;
•    Ümumi fonddan olan pul çəkilə bilməz
•    Bütün qərarlar kollegial qəbul olunur

21.    Heç nədən pul qazanmağa imkan verən sehrli formula; pula olan sevgi və qazanmaq istəyi, özünəinam, ideyalar və sizin xoşunuza gələn işlə məşğul olmağa hazırlıq; pulların gündəlik xərclərə, uzunmüddətli planlara və investisiya məqsədlərini bölünməsi

22.    Pulu yatırım edərkən üç vacib qayda:

– yatırımlar etibarlı olmalıdır;
– gəlir gətirməlidir,
– pulları idarə edilməsi asan olmalıdır

23.    Səhmlərin nə olduğunu və hansı gətirdiyini (kurs gəliri və dividentlər) müəyyən edin. Özünüz müstəqil şəkildə qərar verin: səhmlərə pulu yatırım etməyə dəyərmi?

24.    Arada bir öz komfort zonanızı tərk edin və qorxduğunuz bir şeyi edin.

25.    Özünüz üçün ən optimalı investisiya formasını və strategiyasını müəyyən edin. İllik 12% heç də pis deyil!

26.    İnvestisiya fondları güvənlidir və onlar yaxşı gəlir verirlər. Uğurlu fondun seçilməsinin üç vacib meyarı vardır.

– o, on ildən az işləmiş olmalı deyil və bu müddət ərzində yüksək gəlirlərə sahib olmalıdır;
– bu beynəlxalq və böyük bir böyük səhmdar fondu olmalıdır;
-bu fondun reytinqi çox yüksək olmalıdır.

27. Fondlara pul yatırmaq çətin deyil.

28. Fondda pullar mürəkkəb faizlər prinsipi üzrə artır.

29. gözlənilən risk və gəlir nisbətini olduqca dəqiq ölçüb-biçin.

30. Faizləri beyninizdə hesablayın, bu çox asandır!

31. Hətta valyuta kursunun gözlənilmədən aşağı düşdüyü bir vaxtda da gəlir qazanmaq olduqca vacibdir.

32. Fondlarda yüksək mənfəət əldə etmək olduğunu araşdıraraq müəyyən edin.

33. İnflyasiyanın sizin yatırımlara nə qədər təsir edə biləcəyini araşdıraraq tapın. Pulları elə yatrım etməyi öyrənin ki, inflyasiya sizin ən yaxın dostunuza çevrilsin.

34. Pul bizim həyatımızın heç bir sahəsinə təsirsiz ötüşmür. Onlara daha çox diqqət ayırın, onda sizin həyatınız yaxşılaşacaq.

35. Həyat onu lazımınca dəyərləndirməmək həddindən artıq qısadır.

Son xəbərlər
Digər xəbərlər