Ər-Riyad logistikanı Hörmüz boğazından Qırmızı dənizə yönləndirib

Səudiyyə Ərəbistanı İranın ABŞ və İsraillə münaqişəsinin başlamasından sonra ixrac marşrutlarını Hörmüz boğazından Qırmızı dəniz istiqamətinə yönəldib. Bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun yekunları üzrə Səudiyyə Ərəbistanının sənaye və mineral ehtiyatlar naziri Bəndər Əl Hüreyf bildirib.

“Səudiyyə Ərəbistanı yüksək dayanıqlılıq nümayiş etdirdi və dünyaya göstərdi ki, fəaliyyətimizi və inkişafımızı davam etdiririk. Məsələn, gübrə istehsalı sahəsində Səudiyyə Ərəbistanı iri ixracatçıdır. Böhranın əvvəlində tədarüklərimizdə cüzi azalma oldu, çünki gübrələrin böyük hissəsi Fars körfəzi və Hörmüz boğazı vasitəsilə göndərilirdi. Lakin daha sonra bütün logistikanı Qırmızı dəniz marşrutlarına uyğunlaşdırdıq və hazırda yenidən normal iş rejiminə qayıtmışıq”, – deyə nazir bildirib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər