“Gəncə Şərab-2” şirkəti ötən ili 5 milyon manat mənfəətlə başa vurub

“Gəncə Şərab-2” ASC 2025-ci ili 5 milyon 175 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2024-cü ili 2 milyon 100 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il “Gəncə Şərab-2”nin xalis mənfəəti 2.5 dəfə artıb.

Banker.az bu barədə şirkətin 31 dekabr 2025-ci il tarixinə olan maliyyə hesabatına istinadən xəbər verir.

“Gəncə Şərab-2” ASC-nin əsas əməliyyat gəlirləri 2024-cü ildə 18 milyon 273 min manat ikən, 2025-ci ildə 23 milyon 695 min manata çatıb (30% artım). Satışın maya dəyəri isə 8.4% artaraq 16 milyon 854 min manat təşkil edib.

Hesabat dövründə “Gəncə Şərab-2” şirkətinin cəmi aktivləri 32 milyon 214 min manatdan 84 milyon 87 min manata, cəmi kapitalı 17 milyon 791 min manatdan 72 milyon 939 min manata çatıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər