Bloomberg: ABŞ şirkəti Kubaya 1960-cı ildən bəri ən böyük yanacaq tədarükü hazırlayır

ABŞ-nin treydinq şirkəti “Vanguard Energy” Kubaya 250 min barel dizel yanacağı və benzin göndərməyi planlaşdırır. Bu barədə agentliyə şirkətin rəhbəri Metyu Klann məlumat verib.

“Bloomberg”in yazdığına görə, bu, 1960-cı ildən bəri ABŞ-dən adaya həyata keçirilən ən böyük yanacaq tədarükü ola bilər. Yükə 100 min barel benzin və 150 min barel dizel yanacağı daxildir və o, yalnız özəl sektor üçün nəzərdə tutulub. Hesablamalara görə, bu həcm ölkədə təxminən 11 günlük tələbatı qarşılaya bilər.

“Bloomberg” qeyd edir ki, “Vanguard Energy” daha əvvəl də Kubaya kiçik həcmdə benzin və dizel yanacağı göndərib. Yeni iri partiyanın tədarükü hələ danışıqlar mərhələsindədir.

Kubada vəziyyət yanvarın sonunda ABŞ administrasiyasının adaya yanacaq tədarükünü tam bloklamağa yönəlmiş tədbirləri elan etməsindən sonra kəskin şəkildə pisləşib. Fevral ayından etibarən Vaşinqton Karib respublikasına qarşı bir neçə sanksiya paketi tətbiq edib və nəticədə ölkədə vəziyyət böhran xarakteri alıb.

Respublikada elektrik enerjisinin verilməsində fasilələr bir neçə saat davam edir, bəzi bölgələrdə isə bir sutkadan çox çəkir. Milli elektroenerji şirkəti vaxtaşırı ölkənin elektrik stansiyalarında nasazlıqlar yarandığını bildirir. Stansiyalardakı avadanlıqlar köhnəlib və təmirə ehtiyac duyur.

Bundan əlavə, Kubanın bütün ərazisində, o cümlədən paytaxt Havana şəhərində su və qaz təchizatı ilə bağlı ciddi problemlər müşahidə olunur. Vəziyyəti adada yay mövsümünə xas olan həddindən artıq isti hava şəraiti daha da ağırlaşdırır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər