“Honda” ABŞ-də 880 mindən çox avtomobili geri çağırıb

“Honda” ABŞ-də 880 mindən çox avtomobili geri çağırıb. Geri çağırılan modellər arasında “Honda Pilot”, “Ridgeline”, “Passport” və “Acura MDX” yer alır. Bu barədə “Reuters” ABŞ-nin Milli Avtomobil Yollarında Hərəkət Təhlükəsizliyi İdarəsinin (NHTSA) məlumatlarına istinadən xəbər verib.

Geri çağırılma arxa asqı sisteminin bəzi komponentlərində aşkar edilmiş qüsurlarla bağlıdır. “Reuters”in yazdığına görə, nasazlıq asqı qollarından birinə aid olub və bu, avtomobil üzərində idarəetmənin itirilməsi riskini yarada bilər.

Bununla belə, şirkət indiyədək bu qüsur səbəbindən baş vermiş xəsarət və ya yol-nəqliyyat hadisələri barədə məlumat almadığını bildirib.

“Honda”nın qiymətləndirməsinə görə, qüsur geri çağırılan avtomobillərin 1%-dən az hissəsində müşahidə olunur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər