ABŞ və İran arasında qarşılıqlı zərbələr fonunda qızılın qiyməti enməkdə davam edir. Bakı vaxtı ilə saat 09:20-yə olan məlumata görə, qiymətli metal 0,8% ucuzlaşaraq bir unsiya üçün 4 099,5 dollara satılıb.
Günün gedişində qızılın qiyməti 4 000 dollara yaxınlaşaraq 4 046,20 dollara qədər geriləyib. Lakin sonradan istiqamətini dəyişərək itkilərinin bir hissəsini kompensasiya edib.
Qızılın qiyməti hazırda fevralın sonunda İranla müharibənin başlanmasından əvvəlki səviyyə ilə müqayisədə təxminən 22% aşağıdır.
“Yahoo Finance” yazır ki, metalın qiymətinin 200 günlük hərəkətli ortalamanın altına düşməsi satışların daha da sürətlənməsinə səbəb olub. Çünki bu göstərici institusional investorlar tərəfindən mühüm texniki səviyyə kimi qiymətləndirilir.
Gümüşün qiyməti isə 1,4% azalaraq bir unsiya üçün 63,85 dollara düşüb.







