“Zərifə Şadlıq Sarayı” MMC yenidən təşkil olunduğunu elan edib.
Banker.az xəbər verir ki, cəmiyyətin tərkibindən yeni hüquqi şəxs – “Çıraq-1” MMC ayrılıb. Yenidən təşkilatlanma ayrılma formasında həyata keçirilib.
Xatırladaq ki, “Zərifə Şadlıq Sarayı” MMC 1994-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 200 manatdır və qanuni təmsilçisi Gülnaz Abbasovadır.







