1948-ci ildə professor Bertram Forer olduqca maraqlı psixoloji eksperiment aparmışdı. O, öz tələbələrinə məxsus hazırlanmış test paylamışdı ki, əldə olunan nəticələrin köməkliyi ilə onların şəxsiyyətini təhlil etsin. Eksperimentin əsas naxışı onda idi ki, əslində professor heç bir analiz aparmağa hazırlaşmırdı. Əsl analiz əvəzinə professor hamıya, bütün tələbələrə eyni testi paylamışdı, test isə adi horoskopdan götürülmüşdü.
Testin məzmunu təqribən belə idi:
«Siz insanların sizi sevməsinə və sizə heyran olmasına ehtiyac duyursunuz. Siz özünüzə kifayət qədər tənqidi yanaşırsınız və sizin kifayət qədər üstü açılmamış potensialınız var ki, siz hələ ki, onlardan öz xeyrinizə istifadə etmirsiniz. Buna baxmayaraq, sizin bir neçə şəxsi zəifliyiniz də var. Siz nizam-intizamlı və zahirdə özünə əminsiniz, amma əslində həyəcanlanmağa və özünə əminsizlik hiss etməyə meyllisiniz. Bəzən qəbul etdiyiniz qərarın doğruluğu ilə bağlı sizi ciddi şübhə axını bürüyür. Siz düz hərəkət edib-etmədiyiniz barədə düşünürsünüz. Siz rəngarəngliyə (müxtəlifliyə) müəyyən qədər üstünlük verir və məhdudiyyətlər sizdə hiddətə səbəb olur. Həmçinin siz qürur duyursunuz ki, müstəqil fikir yürüdə bilir və kifayət qədər tutarlı əsas olmadıqca digərinin irəli sürdüyü mühakimə ilə razılaşmırsınız.
Bəzən siz xoşrəftar və mehriban, dostluğa meylli, bəzən isə qapalı və ehtiyatlısınız. Sizin bəzi arzularınız (niyyətləriniz) kifayət qədər qeyri-realdır. Başlıca hədəflərdən biri – stabillikdir».
Sonra isə o tələbələrdən xahiş edir ki, onlara verilmiş şəxsiyyətinin analizini (özlərinə uyğunluq səviyyəsinə görə) beş ballıq sistemlə qiymətləndirsinlər. Yekunda alınan orta qiymətləndirmə balı 4,26 olur. Daha sonra eksperiment yüzlərlə dəfə təkrarlanır və nəticə həmişə eyni alınır. Bununla da Bertram Forer sübut edir ki, insanın xarakterini müəyyən etmək üçün xüsusi biliklərə sahib olmaq heç də mütləq deyil. Sadəcə demək lazımdır ki, bu proqnoz məhz onun üçün hazırlanıb, bir az avtoritet əlavə etmək tövsiyə olunur, yəni demək lazımdır ki, bunu alimlər-təhqiqatçılar, psixoloqlar tərtib edib və testi demək olar ki, hamıya uyğun gələn ifadələrlə doldurmaq olar. Onlar mütləq pozitiv olmalı, neqativləri və konkretliyi istisna etməlidir
Bunlar kifayət edir ki, insanlar psixoloqa və ya münəccimlərə, həmçinin özləri ilə bağlı oxuduqları xarakterlərin şərhinə və ya ulduz falına inansınlar.