Dünyanın 500 ən varlı insanının ümumi sərvəti 336 milyard dollar artıb. “Bloomberg” agentliyinin məlumatına görə, bu, müşahidələr tarixində qeydə alınan ən böyük gündəlik artımdır. Nəticədə onların ümumi sərvəti rekord həddə çataraq 13,3 trilyon dollar olub.
Ən varlı insanların sərvətinin artmasına ABŞ və İran arasında əldə olunan sülh sazişi ilə bağlı xəbərlər fonunda fond indekslərinin yüksəlməsi səbəb olub. Reytinqdə birinci yeri “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask qoruyub saxlayıb. Onun sərvəti 1,3 trilyon dollar qiymətləndirilir. İlk beşlikdə həmçinin “Google”un təsisçiləri Larri Peyc (314 milyard dollar) və Sergey Brin (292 milyard dollar), “Amazon”un təsisçisi Ceff Bezos (267 milyard dollar), eləcə də “Oracle” şirkətinin həmtəsisçisi Larri Ellison (247 milyard dollar) yer alırlar.
ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumunun mətni iyunun 15-nə keçən gecə razılaşdırılıb. Sənədin rəsmi olaraq iyunun 19-da İsveçrədə imzalanması planlaşdırılır. Bundan sonra iki ölkə danışıqların ilk raundunu keçirəcək.







