“Bakı Metropoliteni” köhnə kabel xətlərinin yenilənməsinə 4 milyon manata yaxın vəsait ayırır

“Bakı Metropoliteni” QSC istismar müddətini tamamlamış orta gərginlikli (6–10 kV) kabel xətlərinin demontajı və yeni kabellərin montaj işlərinin satınalınması üzrə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilənin qalibi “Bakelektro” ASC olub. Tərəflər arasında imzalanan müqavilənin dəyəri 3 milyon 951 min manat təşkil edir.

Layihə çərçivəsində Bakı Metropoliteninin enerji təchizatı sistemində istifadə müddəti başa çatmış kabel xətləri söküləcək, onların yerinə isə yeni orta gərginlikli kabellər quraşdırılacaq.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər