“Brent” neftinin qiyməti 78 dollara yaxınlaşıb

ABŞ və İran arasında sülh sazişinin imzalanmasına hazırlıq fonunda neft qiymətləri enişini davam etdirib. Londonun ICE birjasının məlumatına görə, Bakı vaxtı ilə saat 10:59-da “Brent” markalı neftin avqust fyuçersləri bir barel üçün 78,21 dollar səviyyəsində ticarət olunub.

Dünən “Brent” neftinin qiyməti ilk dəfə olaraq martın 3-dən bəri 80 dollar həddindən aşağı düşüb.

Neft bazarı Hörmüz boğazında sərbəst gəmiçiliyin bərpası ilə bağlı xəbərlərə reaksiya verir. ABŞ prezidenti Donald Tramp bildirib ki, dəniz dəhlizi artıq qismən açılıb və Vaşinqtonla Tehran arasında sülh sazişi imzalandıqdan sonra tam şəkildə fəaliyyətə başlayacaq.

Sazişin iyunun 19-da İsveçrədə imzalanacağı gözlənilir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər