BEA qlobal neft təklifinin azalacağını gözləyir

Beynəlxalq Enerji Agentliyi (BEA) əvvəlki hesabatla müqayisədə 2026-cı il üzrə qlobal neft təklifi proqnozunu sutkada 0,2 milyon barel artırıb. Bu, təşkilatın hesabatında əks olunub.

Beləliklə, bu göstərici cari ildə dünyada sutkada 3,9 milyon barel azalaraq 102,4 milyon barelə düşəcək.

BEA-da bildiriblər ki, Yaxın Şərqdə vəziyyətin normallaşması və ehtiyatların bərpası fonunda agentliyin proqnozuna əsasən, 2027-ci ildə qlobal neft təklifi təxminən 8 milyon barel artaraq sutkada 110,3 milyon barelə çatacaq.

BEA qeyd edir ki, hazırda dünya üzrə neft təklifi sutkada 94,5 milyon barelə enib. Bu, aprel ayı ilə müqayisədə 600 min barel, münaqişədən əvvəlki səviyyə ilə müqayisədə isə 13,6 milyon barel azdır.

Agentlik əlavə edib ki, bu il neft tədarükünün təxminən 4 milyon bareldən bir qədər az azalacağı ilə bağlı proqnoz, cari ilin üçüncü rübündən etibarən Hörmüz boğazı vasitəsilə ixracın bərpası ilə bağlı gözləntiləri əks etdirir.

Bununla yanaşı, BEA vurğulayır ki, yaxın perspektivdə Fars körfəzi ölkələrində hasilatın yalnız tədricən artacağı gözlənilir. Çünki boğaz vasitəsilə ixrac mərhələli şəkildə bərpa olunur və tam normallaşmanın ən azı bir neçə ay çəkəcəyi proqnozlaşdırılır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər