Uşaq, daima tənqidlə əhatə olunursa – ittiham etməyi və günahlandırmağı öyrənir;
Uşaq, əgər ələ salınarsa və lağa qoyularsa – o, insanlara qarşı etibarsız olmağı öyrənir:
Uşaq , əgər düşmənçilik münasibəti ilə əhatə olunarsa – hamıda düşmən görməyi öyrənir;
Uşaq, əgər kin və pislik ilə əhatə olunarsa – insanlara ağrı yaşatmağı öyrənir;
- Uşaq olduğu mühitdə anlayış görməzsə – digərlərini dinləməməyi, eşitməməyi öyrənir;
- Uşaq, əgər yalanla əhatə olunarsa – aldatmağı öyrənir;
- Uşaq, əgər daima utancla əhatə olunarsa – özünü günahkar hiss etməyi öyrənir;
Amma eyni zamanda
- Uşaq, dəstək ilə əhatə olunduqda – insanları qorumağı, müdafiə etməyi öyrənir;
- Uşaq ümid və gözlənti ilə əhatə olunduqda – səbrli və təmkinli olmağı öyrənir;
- Uşaq təriflə əhatə olunduqda – özünə əmin olmağı öyrənir;
- Uşaq, ona qarşı dürüst davrandıqda – ədalətli olmağı öyrənir;
- Uşaq, təhlükəsizliklə əhatə oldunduqda – etibar etməyi öyrənir,
- Uşaq, xeyir-dua ilə əhatə olunduqda və hərəkətləri təqdir edildikdə – özünə hörmət etməyi öyrənir;
- Uşaq, sevgi ilə əhatə olunduqda – sevməyi və sevgi bəxş etməyi öyrənir;
- Uşaq, seçim azadlığı verildikdə – öz qərarlarına görə məsuliyyət daşımağı öyrənir.