Azərbaycanda 4 ayda əhalinin sayı 8 minə yaxın artıb

2026-cı ilin yanvar-aprel aylarında əhalinin sayı 7987 nəfər və ya 0,1 faiz artaraq 2026-cı il may ayının 1-i vəziyyətinə 10270338 nəfərə çatıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-aprel aylarında 28631 doğulan körpə qeydə alınmış və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,4-dən 8,5-ə düşüb.

Doğulan körpələrin 53,6 faizi oğlan uşaqları, 46,4 faizi isə qız uşaqları olmuşdur. Doğulan körpələrdən 980-i əkiz, 39-u isə üçəm olub.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər