Azərbaycanın iri alkoqolsuz içki istehsalçısı “Mars Overseas Baku LTD” MMC-nin nizamnamə kapitalı artırılıb.
Banker.az xəbər verir ki, son bir ildə şirkətlər qrupunun nizamnamə kapitalı 5,24 milyon manat və ya 5,6% artıb.
Bununla da kapitalı 93,58 mln. manatdan 98,82 mln. manata qaldırılıb.
Xatırladaq ki, “Mars Overseas” fəaliyyətinə 1999-cu ildə başlayıb. Şirkətin əsas fəaliyyəti meyvə şirələri, qazlı və qazsız içkilər, kompotlar və “snack”lərin istehsalı və satışıdır. Hal-hazırda bir çox adda məhsul istehsal edilir. Onların arasında “PEPSİ”, “MIRINDA”, “MOUNTAIN DEW”, “7UP”, “JALƏ”, “ЗОЛОТОЙ САД” və “NATURA”, “MIA”, “I’M TEA” əsas brendlər sayılır.
Bu istehsallar, şirkətə məxsus olan “Qəbələ Konserv Zavodu”, “Lənkəran Konserv Zavodu”, “Quba Konserv Zavodu” istehsal müəssisələrində aparılır.







