Böyük Britaniyanın Baş naziri Kir Starmer istefa verib

Böyük Britaniyanın Baş naziri Kir Starmer istefa vermək qərarını verib. Britaniya mediasının məlumatına görə, Starmerin istefa qərarı partiya daxilində artan narazılıq, aşağı reytinqlər və siyasi rəqibi Endi Bernem ətrafında formalaşan dəstək fonunda qəbul edilib.

O, istefa vermək qərarına baxmayaraq, varisi seçilənədək hökumət başçısı vəzifəsini icra etməyə davam edəcəyini əlavə edib. Hakim Leyboristlər Partiyasının yeni liderinin seçilməsi prosesi iyulun 9-da başlayacaq. Kir Starmer özü bu seçkilərdə iştirak etməyəcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər