“Azər Maya İstehsal” QSC çevrilmə şəklində yenidən təşkil olunaraq “Azər Maya İstehsal” MMC-yə çevrilir.
Banker.az xəbər verir ki, bu barədə elanda bildirilib.
Bildirilib ki, “Azər Maya İstehsal” MMC “Azər Maya İstehsal” QSC-nin bütün hüquq və vəzifələri üzrə hüquq varisidir.
Xatırladaq ki, 1973-cü ildə fəaliyyətə başlamış keçmiş Bakı Bulka-Maya zavodunun bazasında 1997-ci ilin may ayında tam özəlləşdirilmiş müəssisə olan “Azər Maya” yaradılmışdır. Müəssisənin ümumi sahəsi 22600 m², istehsalat korpusunun ümumi sahəsi isə 3672 m² təşkil edir. İstehsalatın lazımi enerji, qaz və su təchizatı, həmçinin 1950 metrlik dəmiryol qolu vardır.







