Tramp: İranın nüvə proqramının qarşısını almaq iqtisadi depressiya riskindən daha vacibdir

ABŞ prezidenti Donald Tramp bildirib ki, Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq iqtisadi depressiya riskindən daha vacibdir. Onun sözlərinə görə, bu məqsədə nail olmaq naminə, o, belə bir riski qəbul etməyə hazırdır.

“Nüvə silahları depressiyadan daha vacibdir. … Nüvə silahları depressiyaya daha tez gətirib çıxarar. Bizim gördüyümüz tədbirlər isə əksinə, depressiyanın qarşısını alır”, — deyə Tramp bildirib.

ABŞ prezidenti əlavə edib ki, İran razılaşmanın şərtlərinə əməl etməyəcəyi təqdirdə, “etməli olduğu hər şeyi edəcək”.

İyunun 18-də ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Sənədin bəndlərindən birinə əsasən, İran nüvə silahı əldə etməməyi və onu hazırlamamağı öhdəsinə götürür. Tərəflər zənginləşdirilmiş nüvə materialları ilə bağlı məsələləri 60 günlük danışıqlar çərçivəsində tənzimləyəcəklər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər