“Finex Kredit” BOKT ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı 24 iyul 2026-cı il saat 11:00-da Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi, bina 1, 413 nömrəli ünvanda baş tutacaq.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
-
İmtiyazlı səhmin alqı-satqısı barədə müzakirə;
-
Müşahidə şurasının fəaliyyət qaydalarına dəyişiklik edilməsi barədə müzakirə;
-
Digər məsələlər.
Səhmdarlar yığıncaqda müzakirəyə verilmiş məsələlərlə bağlı sənədlərlə hər həftənin çərşənbə axşamı saat 12:00-dək tanış ola bilərlər.
Xatırladaq ki, “Finex Kredit” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 2,912 milyon manatdır.







