Elon Musk 28 iyun 1971-ci ildə Cənubi Afrika Respublikasında, inzibati paytaxt hesab edilən Pretoriya şəhərində dünyaya gəlib. Onu bütün dünyada yalnızca Tesla Motors şirkətinin yaradılmasında iştirakına görə tanımırlar. O hazırda demək olar ki, bütün dünyanın istifadə etdiyi nəhəng elektron ödəniş operatoru olan PayPal-ın da yaradıcısıdır.
Tesla Motors Elon Musk-ın yeganə texnoloji şirkəti deyil və o 2002-ci ildə yaradılan daha bir nəhəng şirkət olan Space-X-in də sahibidir.
Elon Musk-ın ideyaları bir çox ürəkləri fəth edir. Onu çox zaman Steve Jobs ilə müqayisə edirlər.
“Uşaq vaxtı belə arzu edirdim ki, varlı olacam və Avropanın bütün rahat şəhərlərinə səfər edəcəm. Lakin Barselonanın mərkəzində ola-ola anın xüsusiliyini hiss etmirdim. Hər şey ardıcıl olaraq və belə deyərdim məntiqli şəkildə baş verdi. Kiçik kənddən başlayan yolum bir çox hallarda gözlənilməz olaraq paytaxta qədər davam etdi. Bütün bunlar isə ona görə baş verdi ki, mən arzulamaqda qorxmurdum.
Məktəbi uğurlu qiymətlərlə bitirmək və imtahanlardan yaxşı nəticə əldə etmək mənə yaxşı universitetə daxil olmağa imkan verdi. Hər bir imtahan müsbət nəticələr ilə bitirdi. Müəllimlər məndən razı idilər, lakin mən şübhə etməyə başladım.
Uşaq vaxtı etdiyim arzular yox oldu. Dünya səyahəti haqqında artıq düşünmürdüm və bunun əvəzində rezümemi doldurur, yüksək gəlirli gələcək iş yeri axtarırdım. “Düzgün” yola ayaq basaraq öz qaydalarım ilə bir sistem yaratdım. Başa düşürdüm ki, lazımi istiqamətdə getmirəm və orada olmağı qətiyyən istəmirəm.
Böyüdükdə sanki bizə deyirlər: “Bəsdir arzuladın və real həyatla yaşa”. Lakin məsələ ondadır ki, reallıq – bizi əhatə edən deyil. Reallığı biz özümüz üçün yaradırıq. Düşüncə, davranış və ideyalar dünyanı qavramağımıza təsir edir. Dünya biz düşündüyümüzdən daha dolğundur. Onda bizə lazım olan hər şey var. Etməli olduğumuz yeganə şey onları götürməkdir.
Hər şey proqramçı işini tapmaq arzusu ilə başladı. 18 yaşım var idi. Bu zaman anladım ki, sabahın uğuru – bu gün ki zəhmətin nəticəsidir və 3 yay ayını bacarıqlarımın inkişaf etdirilməsi üçün sərf etdim və artıq qışda məqsədimə nail oldum. Mən çox ağıllı deyildim. Sadəcə istədim və nail oldum.
Hər səhər bizə dünən olduğumuzdan daha yaxşı olmaq şansı verilir və onu əldən vermək ağılsızlıqdır. Bir çoxları bütün ömrü boyu adi intizamla əldə etmək mümkün olan şeyləri arzu edirlər. Bəs siz nəyi arzu edirsiniz? Ola bilsin ki, arzunuz yalnız bir addımdan ibarətdir.
Arzulamağı bacarmaq lazımdır. Lakin arzulayarkən real həyatda yaşamağı unutmayın. Axı arzular məqsəd deyil, sadəcə köklənməli olduğumuz məsələlərdir. Əgər hər şey plan üzrə getsəydi, həyat dözülməz dərəcədə çox sıxıcı olardı.
Həyatınız sadəcə bir andır və onu daha yaxşı etməyi yalnız siz özünüz bacararsınız. Beləliklə, anbaan həyatınız arzunuza doğru məna qazanacaq.
Əgər hər şeyi düzgün şəkildə etsəniz, bir an gələcək arzularınızın həyata keçdiyini anlayacaqsınız və hər yeni gün xoşbəxtlik bəxş edəcək. Düzgün addımı necə atmaq lazımdır? İki səsə qulaq asaraq qərar qəbul edin: məntiq və intuisiya. Bu iki cəhət bir-biri ilə razı olmadıqda fikir ayrılığı yaranır. Lakin bu iki səs yekdilliklə nəyisə iddia edirlərsə deməli sizə lazım olan məhz odur.
Arzulayın, yaşayın və özünüz olun.
Hər şey mümkündür.
Bilin ki, həyatınız sizə çətin olduğu anlarda təyin edilir. Həyat arzunuz üçün nələr etməyə qadir olduğunuzu yoxlamaq üçün qarşınıza çətinliklər çıxarır. O sizə istədiyiniz hər şeyi verməyə hazırdır. Bəs siz onu götürməyə hazırsınızmı? Əgər hə, o zaman gedin və götürün.