Azərbaycanda 24 yaşlı şirkət “Azərmakaron” MMC-nin nizamnamə kapitalı azaldılır.
Şirkətin rəsmi elanına əsasən, cəmiyyətin təsisçilərindən biri olan və nizamnamə kapitalındakı payların 50%-nə sahib olan İsrafil Bağırov notarial qaydada təsdiq edilmiş ərizə ilə cəmiyyətdəki payını geri götürüb.
Nəticədə “Azərmakaron” MMC-nin nizamnamə kapitalı 80 manatdan 40 manata endirilir ki, bu da 50% azalma deməkdir.
Şirkət kreditorlarına müraciət edərək bildirib ki, nizamnamə kapitalının azaldılması ilə bağlı tələblərini elan dərc edildiyi tarixdən etibarən bir ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, 197 ünvanına təqdim edə bilərlər.






