“Azərsun Holdinq” MMC-nin törəməələri “Sun Food” MMC “Sun Food Services” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edib.
Banker.az xəbər verir ki, bununla bağlı şirkət rəsmi elan yayıb.
Nəticədə şirkətin hüquqi strukturunda yenidən təşkilatlanma həyata keçiriləcək.
“Sun Food” MMC Azərbaycanın ən iri qida distribyutorlarından biridir və uzun illərdir “Azərsun Holdinq” qrupuna bağlı şirkət kimi tanınır. Şirkət 2003-cü ildə qeydiyyata alınıb, uzun müddət 110.2 milyon manat nizamnamə kapitalına malik olub və sonradan kapitalı 66.2 milyon manata endirilib.
“Sun Food Services” MMC isə cəmi bir il əvvəl – 29 aprel 2025-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 50 min manatdır və qanuni təmsilçisi Bahadur Əliyev Salman oğludur.







