“Jaguar Land Rover” ABŞ-də təhlükəsizlik yastığı ilə bağlı nasazlığa görə 250 min avtomobili geri çağıracaq. Bu barədə ABŞ-nin Milli Avtomobil Yollarında Hərəkət Təhlükəsizliyi İdarəsinə (NHTSA) istinadən “Reuters” məlumat yayıb.
Qurumun məlumatına görə, geri çağırılma bəzi “Land Rover Defender”, “Land Rover Discovery” və “Range Rover” yolsuzluq avtomobillərini əhatə edir.
Müəyyən edilib ki, sürücü təhlükəsizlik yastığının yay birləşdiricisində paslanma yarana bilər. Bu isə qəza zamanı təhlükəsizlik yastığının lazımi qaydada açılmasına mane ola bilər.
Şirkət bildirib ki, rəsmi dilerlər avtomobillərin birləşdirici terminallarını qoruyucu gel ilə ödənişsiz emal edəcəklər.







