“AzerGold” Qrupunun törəmə şirkəti olan “AzerBlast” MMC 2025-ci ili mənfəətlə başa vurub.
Banker.az xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında qeyd edilib.
Şirkətin xalis mənfəəti 1.83 mln. dollar (3.11 mln. manat) təşkil edib. Halbuki, “AzerBlast” 2024-cü ili 1.43 mln. dollar zərərlə bağlamışdı.
Maliyyə nəticələrinin yaxşılaşması əsasən ANFO və H-ANFO partlayıcı məhsullarının satış həcminin artması ilə əlaqələndirilir. “AzerGold”un məlumatına görə, “AzerBlast”ın satışları Qrupun ümumi gəlir artımına təxminən 3% töhfə verib.
“AzerBlast” “AzerGold” QSC-nin törəmə şirkətidir, 9 mart 2021-ci ildə yaradılıb və əsasən mədənlərdə istifadə olunan ANFO və H-ANFO tipli sənaye partlayıcılarının istehsalı ilə məşğuldur.







