İyunun 29-da Londonun ICE birjasında keçirilən hərraclar zamanı Brent markalı neftin avqust fyuçerslərinin qiyməti bir barel üçün $73 həddini keçib.
Bakı vaxtı ilə saat 09:15-ə olan məlumata görə, avqust müqavilələrinin qiyməti bir barel üçün $72,21 təşkil edib ki, bu da əvvəlki sessiyanın bağlanış səviyyəsindən 0,31% yüksəkdir. Saat 10:29-a isə Brent-in qiyməti 0,94% artaraq bir barel üçün $73,28-ə yüksəlib.
Bununla yanaşı, iyunun 26-da avqust fyuçersləri $3,27 və ya 4,3% ucuzlaşaraq bir barel üçün $71,99 səviyyəsinə enmişdi.







