CFI Financial Group-da yeni təyinat olub

CFI Financial Group-da yeni təyinat olub

Tural İbrahimov CFI Financial Group-un Azərbaycan üzrə Daxili Audit rəhbəri vəzifəsinə təyin edilib.

Tural İbrahimov audit, daxili nəzarət, risklərin idarə edilməsi və AML uyğunluğu sahələrində 13 ildən çox təcrübəyə malikdir. O, daha əvvəl “Cahan Sığorta Agentliyi”nin icraçı direktoru, “Tiko Azərbaycan”da Audit, Daxili Nəzarət və Uyğunluq üzrə rəhbər, “Gen Construction”da Audit və Daxili Nəzarət üzrə rəhbər, DOST Agentliyində daxili auditor, həmçinin “Bank Respublika” və Azərbaycan Sənaye Bankında əməliyyat riski və AML uyğunluğu üzrə müxtəlif vəzifələrdə çalışıb.

O, AML compliance üzrə milli ekspertdir.

Tural İbrahimov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Beynəlxalq iqtisadi əlaqələr üzrə bakalavr, MBA üzrə magistr təhsili alıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər