Banklar əhaliyə 5 ayda 604 milyon manat depozit faizi ödəyib

Azərbaycandakı banklar 2026-cı ilin yanvar-may ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 603.6 milyon manatlıq faiz ödəyiblər.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 105 milyon manat və ya 21% artıb.

2025-ci ilin yanvar-may ayında banklar 498.6 milyon manatlıq depozit faizləri ödəmişdilər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər