Bakı və regionlarda yeni avtobus dayanacaqların quraşdırılmasına 2 milyon manat ayrıldı

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı şəhəri və regionlarda sərnişinlərin avtobus gözləmələri üçün yeni dayanacaq pavilyonları quraşdıracaq.

Banker.az dövlət satınalmaları portalına istinadən xəbər verir ki, agentlik “Bakı şəhəri və regionlardakı küçə və prospektlərdə sərnişinlərin avtobus gözləmələri üçün yeni dayanacaq pavilyonlarının quraşdırılması işlərinin satınalınması” üzrə keçirdiyi tenderə yekun vurub.

Tenderin qalibi “Construction Engineering” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.

AYNA ilə qalib şirkət arasında bağlanmış satınalma müqaviləsinin ümumi məbləği 1 993 848 manat təşkil edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər