Bu gündən etibarən Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkəti yay qrafikinə əsasən təşkil ediləcək.
Banker.az xəbər verir ki, yay mövsümündə sərnişin axınının azalması nəzərə alınaraq həftənin iş günlərində reyslərin sayı optimallaşdırılacaq və bu marşrut üzrə həftəiçi gündəlik 84 reys həyata keçiriləcək.
Şənbə və bazar günləri isə reyslər hazırkı qrafiklə icra olunacaq.
Bundan başqa, bu gündən Bakı–Balakən–Bakı marşrutu üzrə hərəkət qrafiki dəyişdirilir. Belə ki, qatar Bakıdan saat 23:30-da (əvvəlki 23:50 əvəzinə), Balakəndən isə saat 21:10-da (əvvəlki 22:00 əvəzinə) yola düşəcək.
Qatarların yeni hərəkət cədvəlləri ilə bu link vasitəsilə tanış ola bilərsiniz.







