Ferrari və BMW istehsal xərclərini azaltmaq üçün misdən alüminiuma keçir

FerrariBMW yeni modellər hazırlayır və bu avtomobillərdə, xüsusilə elektrik naqillərində, daha az misdən və daha çox alüminiumdan istifadə etməyi planlaşdırır. Bu barədə Reuters məlumat yayıb.

Məlumata görə, bu addım əsasən istehsal xərclərinin azaldılmasına yönəlib. Beləliklə, Avropa avtomobil istehsalçıları daha əvvəl bir çox Çin avtomobil şirkətləri və Tesla tərəfindən formalaşdırılan tendensiyaya qoşulurlar.

JPMorgan-ın hesablamalarına görə, avtomobil istehsalçılarının misdən tədricən imtina etməsi bu il qlobal mis tələbatının 2% azalmasına səbəb olacaq.

Reuters-in sorğusunda iştirak edən ekspertlər bildiriblər ki, mis qiymətlərinin artması və tədarükdəki qeyri-sabitlik fonunda yaxın vaxtlarda daha çox avtomobil istehsalçısı daha ucuz alüminiumdan istifadəyə keçə bilər. Bundan əlavə, agentliyin sorğusuna qatılan 18 avtomobil şirkətinin nümayəndələri qeyd ediblər ki, alüminiumdan istifadə yalnız xərcləri azaltmır, həm də avtomobillərin çəkisini aşağı salmağa imkan verir.

Elektrik avadanlıqları və elektromobillər üçün komponentlər istehsal edən Çin şirkəti Jonver isə bildirib ki, avtomobil sənayesində alüminiuma artan tələbat nəticəsində bu metalın şirkətin satışlarındakı payı 2023-cü ildəki 20%-dən bu il 30%-ə yüksəlib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər