“Techpro DC”nin mənfəəti 46% geriləyib

“Techpro DC” QSC-nin 2025-ci ildə xərclərin artması səbəbindən mənfəəti 46% azalaraq  3.7 milyon manatdan 2 milyon manata geriləyib.

Banker.az bu barədə şirkətin maliyyə vəziyyəti haqqında hesabatına istinadən xəbər verir.

Ötən il şirkətin satışdan gəlirləri 87.4 milyon manatdan 94.4 milyon manata yüksəlib.

Hesabat dövründə “Techpro DC” QSC-nin ümumi aktivləri 36.5 milyon manatdan 42.6 milyon manata, cəmi öhdəlikləri 31.2 milyon manatdan 37.9 milyon manata yüksəlib, cəmi kapitalı isə 5.3 milyon manatdan 4.7 milyon manata düşüb.

Xatırladaq ki, şirkət İKT (İnformasiya və Kommunikasiya Texnologiyaları) sahəsində ixtisaslaşıb. Müştərilərinə ən son informasiya texnologiyaları məhsullarını, sistem həllərini və xidmətlərini təqdim edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər