Financial Times: OpenAI ABŞ administrasiyasına 5% pay təklif edib

Bazar dəyəri 853 milyard dollar olan “OpenAI” şirkəti ABŞ-də texnologiya nəhənglərinə qarşı artan tənqidlər fonunda səhmlərinin 5%-ni ABŞ administrasiyasına təklif edib. Bu barədə mənbələrə istinadən “Financial Times” (FT) məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, şirkət rəhbəri Sem Altman ictimaiyyətin və siyasətçilərin artan təzyiqləri fonunda səhmlərin dövlət mülkiyyətinə verilməsi ilə bağlı administrasiya ilə ilkin danışıqlar aparır. Narahatlıqlar əsasən məlumat emalı mərkəzlərinin genişmiqyaslı tikintisi və süni intellektin məşğulluq və kibertəhlükəsizlik üçün mümkün nəticələri ilə bağlıdır. Daha sərt tənzimləmənin tərəfdarları arasında bəzi respublikaçılar və ABŞ prezidenti Donald Trampın müşavirləri də var.

Sem Altmanın sözlərinə görə, şirkətdə ictimaiyyətə maliyyə payının verilməsi süni intellektin faydalarını bölüşməyin ən yaxşı yoludur. Mənbələrin bildirdiyinə görə, startapın təşəbbüsü süni intellekt sahəsində fəaliyyət göstərən digər Amerika texnologiya şirkətlərinin də səhmlərinin analoji hissəsini dövlət mülkiyyətinə verməsini nəzərdə tutur. Lakin nəşr qeyd edir ki, bu şirkətlərdən hər hansı birinin belə bir təkliflə razılaşıb-razılaşmayacağı hələlik məlum deyil.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər